Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb.
“Qafqazinfo”nun məlumatına görə, vətəndaşlar bildirib ki, istənilən vaxt xəstəxanaya rentgenə gəldikdə növbədə gözləməli olurlar. Xəstəxana işçiləri buna səbəb kimi sistemin işləmədiyini, dayandığını əsas gətirirlər.
Məsələ ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məlumat yayıb. Bildirilib ki, bu gün səhər saat 10:00–11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb: “Bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib. Texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir”.
Baku.ws-ə istinadən xəstəxanada çəkilən videonu təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər