1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı

1-yasina-catmadan-olen-usaqlarin-sayi-aciqlandi
Oxunma sayı: 368

2025-ci ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların statistikası açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin demoqrafik göstəricilərlə bağlı açıqladığı illik hesabatda öz əksini tapıb. 

Belə ki, ötən il ölkə üzrə 1 yaşa qədər 1312 uşaq vəfat edib. Bunlardan 728-i oğlan, 584-ü qız olub.

Vəfat edən uşaqların 765 nəfəri şəhərdə, 547 nəfəri isə kənd yerlərində yaşayanlar olub. Bakı şəhərində vəfat edən uşaqların sayı 251, Naxçıvan MR-də isə 40 nəfər təşkil edib.