“10 bəndlik təklif dərhal zibil qutusuna atıldı”

10-bendlik-teklif-derhal-zibil-qutusuna-atildi
Oxunma sayı: 743

“İlk 10 bəndlik təklif təqdim olunmuşdu və biz açıq şəkildə düşünürük ki, bu, çox güman ki, ChatGPT tərəfindən yazılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərə açıqlamasında deyib.

“Bu təklif dərhal zibil qutusuna atıldı və rədd edildi”, - o qeyd edib.

Onun sözlərinə görə, daha ağlabatan olan ikinci 10 bəndlik təklif mövcud idi və bu, ABŞ ilə Pakistan arasında bəzi fikir ayrılıqlarını əks etdirirdi.

Vitse-prezident Prezidentin istinad etdiyi təklifin məhz bu olduğunu dilə gətirib.

Vens müxtəlif sosial media kanallarında yayılan üçüncü 10 bəndlik təklifdən də danışıb.

Onun sözlərinə görə, bu təklif birincisindən daha “maksimalist” idi.