10 dərəcəyədək şaxta olub - Faktiki hava

10-dereceyedek-saxta-olub
Oxunma sayı: 1878

Azərbaycanda yanvarın 3-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Qərb küləyi arabir Qobustanda 16 m/s-yə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-8 dərəcə isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.