Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza Ələt-Astara avtomobil yolunun rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin iştirakı ilə baş verən qəza zamanı yolu keçmək istəyən piyada – 10 yaşlı A.Abdullayev ağır xəsarətlər alıb.
Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər