ABŞ-nin Miçiqan ştatında yaşayan 100 yaşlı Betti Morris 101-ci ad günü ərəfəsində uzun ömür sürməyin dörd əsas sirrini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, Morrisin sözlərinə görə, uzun və sağlam ömrün birinci şərti aktiv həyat tərzidir.
Artıq 40 ildir üzgüçülüklə məşğul olan amerikalı qadın, “Su ayrı-seçkilik etmir. Hovuzda istədiyinizi edə bilərsiniz”, — deyə bildirib. O, həmçinin Zumba dərslərinə qatılır və qızı ilə müntəzəm olaraq gəzintiyə çıxır.
Betti Morris uzunömürlülüyün ikinci sirri kimi aktiv ünsiyyəti, üçüncüsü kimi isə özünə qulluq etməyi göstərib. Maraqlıdır ki, o, hər səhər kərə yağı və mürəbbəli tost yeməyi çox sevir. Qadının dördüncü məsləhəti isə həyata həmişə müsbət baxmaqdır.
Qeyd edək ki, 13 may 1925-ci ildə anadan olan Morris yaşının çox olmasına baxmayaraq, hələ də sərbəst şəkildə avtomobil idarə edir. O, hər həftə çörək bişirir, krossvord həll edir və sevgi romanları oxuyur.
Son xəbərlər
Son Xəbərlər