11 il sonra Premyer Liqada qol vurdu

11-il-sonra-premyer-liqada-qol-vurdu
Oxunma sayı: 568

“Şəfa”nın yarımmüdafiəçisi Elnur Cəfərov 11 il sonra Azərbaycan Premyer Liqasında qol vurub.

“Qafqazinfo” xəbər verir ki, o, hazırda davam edən “Şamaxı” ilə matçda fərqlənib.

29 yaşlı yarımmüdafiəçi sonuncu dəfə 2015/2016-cı il mövsümündə “Xəzər Lənkəran”ın heyətində “Rəvan”a qol vurmuşdu.

Bu, Elnurun əsas çempionatda 4-cü qolu olub.