15 yaşlı oğlan kanalda batdı

15-yasli-oglan-kanalda-batdi
Oxunma sayı: 1718

Bu gün axşam saatlarında Qarabağ kanalında 15 yaşlı uşaq batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə kanalın Mingəçevirdən Goran istiqamətində axan hissəsində qeydə alınıb.

Rəsulov Hüseyn Sübhan oğlunun meyitinin axtarışları hələlik nəticə verməyib. Axtarış işləri sabah səhər saatlarında da davam etdiriləcək.