“1300 ilə yaxın yaşı olan qəbiristanlığımızı dağıdıblar” - Video

1300-ile-yaxin-yasi-olan-qebiristanligimizi-dagidiblar
Oxunma sayı: 362

Şabranın Leyti kəndindəki qədim qəbiristanlıq vandalizmə məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, kənd sakinərinin sözlərinə görə, məzarların birinin üstü naməlum şəxslər tərəfindən açılıb.

Ehtimala görə, açılan qəbir VII əsrdə bölgənin tanınan din xadimi Şeyx Şəmsəddinin uyuduğu məzardır. Yerli sakinlər tərəfindən ziyarətgah kimi qorunan bu məzarın üstünün açıldığını ərazidən keçən kənd sakinləri görüblər.

Kənd sakinləri hesab edirlər ki, ya kimsə onların inanclarına hörmətsizlik məqsədilə bu əməli törədib, yaxud da qəbri qazanlar elə düşünüblər ki, burada hansısa qiymətli əşya basdırıla bilər.

“Təxminən 1300 ilə yaxın yaşı olan qəbiristanlığımızı dağıdıblar. Bu, heç cür ağıla sığan hərəkət deyil. Buna ancaq vandalizm adını vermək olar”, - deyə sakinlərdən biri əlavə edib.

Hadisədən bir neçə gün sonra Leyti kəndinin sakinləri yakınlıqdakı digər qəbiristanlıqda da oxşar mənzərə ilə qarşılaşıblar. Oradakı qəbirlərdən də biri sökülüb və burada qazıntı aparılıb. Sonradan qazılmış hissənin üzəri torpaqla qismən örtülüb.

Hadisə nəzarətə götürülüb. Fakt üzrə araşdırma aparılır.

Daha ətraflı “Xəzər TV”nin süjetində: