Ağ Evin yeni mətbuat katibi Keti Zakariyanın çərşənbə axşamı – 13 oktyabr tarixində keçirdiyi ilk brifinq administrasiyanın bəzi rəsmilərində narahatlıq doğurub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Zakariyanın brifinqi 14 dəqiqə davam edib və o, bu müddət ərzində cəmi üç sualı cavablandırıb.
Ağ Ev rəsmiləri bu ilk çıxışdan sonra yeni mətbuat katibinin öz vəzifəsində nə qədər qalacağını sual altına alırlar.
Onların fikrincə, Zakariyanın ilk brifinqinin ABŞ Prezidenti Donald Trampı qane etməsi ehtimalı azdır.
Son xəbərlər
Son Xəbərlər