Mingəçevirdə yeniyetmə kanalda batıb.
“Qafqazinfo”nun xəbərinə görə, şəhər sakini, 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
Hazırda onun meyitinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Axtarışlara aidiyyəti qurumların qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər