15 gün əvvəl kubok qazanmışdı - Bu gün istefaya göndərildi

15-gun-evvel-kubok-qazanmisdi
Oxunma sayı: 3466

İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bu il Avropa Liqası kubokunu qazanan avstraliyalı mütəxəssis 2023-cü ildən London təmsilçisinə rəhbərlik edirdi.

Ange Postekoqlunun istefaya göndərilməsinin əsas səbəbi Premyer Liqada uğursuz nəticələri olub.