Fransanın Konstitusiya Şurası uşaqların müdafiəsi haqqında qanunun 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən əsas müddəasını ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “AFP” məlumat yayıb.
Hakimlər bu tədbirin “ifadə azadlığına və məlumatın yayılmasına qeyri-mütənasib müdaxilə” təşkil etdiyi barədə qərar çıxarıblar.
Parlament tərəfindən 21 iyulda qəbul edilmiş qanunun 1 sentyabrda qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Bu qanun 15 yaşdan kiçik uşaqların TikTok, “Snapchat”, “X” və “Instagram” kimi platformalardan, eləcə də “YouTube” kimi xidmətlərin sosial funksiyalarından istifadəsini qadağan edəcəkdi.
Son xəbərlər
Son Xəbərlər