15 yaşlı yeniyetmə kanalda boğulub öldü - Yenilənib

15-yasli-yeniyetme-kanalda-bogulub-oldu
Oxunma sayı: 966

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB məlumat yayıb.

Bildirilib ki, 07.08.2026-cı il tarixində saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Beyləqan rayonundan sudaboğulma diaqnozu ilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi)  həkiməqədər ölüm faktı qeydə alınıb.

Ziya Əmirxanlı