17 yaşlı qız Kürdə batdı

17-yasli-qiz-kurde-batdi
Oxunma sayı: 802

Kür çayının Samux rayonundan keçən hissəsində bir nəfər batıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə çayın Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Suda batan şəxsin Gəncə şəhəri, Məshəti qəsəbəsindən 17 yaşlı Gülnaz Məmmədova olduğu bildirilir.

Hazırda suda batan şəxsin axtarışları davam etdirilir.

Yunis Quliyev