İsveçrə fevralın 26-dan etibarən Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin bütün tədbirlərinə əməl edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İsveçrə hökuməti məlumat yayıb.
“25 fevral 2026-cı ildə Federal Şura Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketinin əlavə tədbirlərini qəbul etmək barədə qərar qəbul edib. Yeni tədbirlər 26 fevral 2026-cı ildə qüvvəyə minəcək”, - İsveçrə hökumətinin bəyanatında deyilir.
Qeyd edilib ki, İsveçrə Federal Şurası Aİ-də akkreditə olunmuş rusiyalı diplomatlar üçün onların tranzit və ölkəyə girişi ilə bağlı hesabat tələbi tətbiq edib.
Son xəbərlər
Son Xəbərlər