Futbol oynayarkən vəfat edən Təbrizin - Fotosu

futbol-oynayarken-vefat-eden-tebrizin
Oxunma sayı: 2179

Gəncədə universitet tələbəsinin qəfil ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, 2007-ci il təvəllüdlü Təbriz Nuriyev futbol oynayarkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Onun Gəncədə fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Gəncədə futbol oynayarkən qəfildən dünyasını dəyişən tələbə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Məlumata görə, vəfat edən gənc Quba rayon sakinidir. O, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin ikinci kursunda təhsil alırdı.

İlkin ehtimala görə, gənc tələbə ürək tutması nəticəsində vəfat edib. Hazırda T. Nuriyevin nəşi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

***

Futbol oynayarkən qəfil vəfat edən Təbrizin fotosunu təqdim edirik:

Yunis Quliyev