2 min ildir ki, oradadır...

2-min-ildir-ki-oradadir
Oxunma sayı: 631

ABŞ-nin Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin (NOAA) alimləri Marian adalarında apardıqları araşdırmalar zamanı unikal kəşfə imza atıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə NOAA-nın rəsmi hesabatında məlumat yayılıb.

Okeanoloqlar burada “Porites” cinsinə aid olan və yaşı 2 min ili ötən dünyanın ən böyük mərcan koloniyasını aşkar ediblər.

Nəhəng mərcan strukturu Milli Mərcan Rifləri Monitorinqi Proqramı çərçivəsində təşkil edilən ekspedisiya zamanı Mauq adaları yaxınlığında tapılıb. Mütəxəssislər hesab edirlər ki, bu tapıntı planetin ən yaşlı mərcan koloniyalarından biridir. Bu cinsə aid olan mərcanlar ildə orta hesabla cəmi 1 santimetr böyüdüyü üçün, tapılan bu nəhəng orqanizmin yaşının 2000 ildən çox olduğu təxmin edilir.

Xatırladaq ki, yeni tapılan “Porites rus” öz cinsinin ən böyüyü olsa da, dünyada ümumi ən böyük mərcan koloniyası rekordu hələ də Avstraliya sahillərində aşkar edilən “Pavona clavus” koloniyasına məxsusdur.