2 nəfəri cərəyan vurub öldürdü

2-neferi-cereyan-vurub-oldurdu
Oxunma sayı: 1151

Azərbaycanda iki nəfəri cərəyan vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, dünən Astara rayonu Kijəbə qəsəbə sakini, 36 yaşlı Babək Meybəli Baxşıyev kəndin ərazisində elektrik dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bundan başqa, Xaçmaz rayonu, Xudat kənd sakini, 49 yaşlı Zakir Mühəddin Rəcəbovun idarə etdiyi “Belarus” markalı 90 M 994 N-li traktorun tüstü borusu əkin sahəsinin üzərindən keçən elektrik naqilinə dəyib və cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.