2 yaşlı uşaq xəstəxanada öldü - Yenilənib

2-yasli-usaq-xestexanada-oldu
Oxunma sayı: 2360

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümü qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib.

Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş 2 yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza belə cavab verildi:

“29 noyabr 2024-cü il tarixində Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Ona dəqiqləşdirilməmiş  pnevmaniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb”.