20 bəndlik sülh planının hazır olduğunu açıqladı

20-bendlik-sulh-planinin-hazir-oldugunu-aciqladi
Oxunma sayı: 494

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna münaqişəsinin həlli ilə bağlı əsas sənədin hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə öz teleqram kanalında açıqlama verib.

“Bu gün bizim danışıqlar komandamız Amerikada Prezident Trampın nümayəndələri ilə görüşlərdən qayıdır. Sabah səhər mən hazırlanmış sənədlərlə bağlı tam hesabat gözləyirəm. Bir çoxları, ilk növbədə təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər, həm də Ukrayna və Amerika nümayəndə heyətlərinin müzakirə etdiyi əsas sənədin 20 maddəsi üzərində işləyib”, - deyə Zelenski qeyd edib.