20 ildir ki, o kuboku istəyir... - Fotolar

20-ildir-ki-o-kuboku-isteyir
Oxunma sayı: 966

FIFA Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldonun dünya çempionatları tarixlərində çəkilən fotolarını paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, mundialın rəsmi instaqram səhifəsində yayımlanan fotoxronikada portuqaliyalı ulduzun debüt etdiyi 2006, həmçinin 2010, 2014, 2018, 2022 və onun üçün sonuncu dünya çempionatı olacağı gözlənilən DÇ-2026-dan fotoları yer alıb.

Xatırladaq ki, zəngin karyerasına 5 “Qızıl top” (Ballon d'Or), 5 Çempionlar Liqası kuboku, 2 UEFA Millətlər Liqası çempionluğu və 1 Avropa çempionluğu sığışdıran 41 yaşlı portuqaliyalı ulduzun ən böyük hədəfi kolleksiyasında əskik olan yeganə titulu – dünya kubokunu qazanmaqdır.

Məlumat üçün bildirək ki, Pireney təmsilçisi iyunun 17-də K qrupunda Konqo DR seçməsini sınağa çəkəcək.