“20 ildir saçımı özüm kəsirəm”

20-ildir-sacimi-ozum-kesirem
Oxunma sayı: 773

Məşhur türkiyəli aktyor Burak Özçivit şəxsi baxım vərdişləri ilə bağlı təəccüblü açıqlama verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor 20 ilə yaxındır saçını özü kəsdiyini bildirib.

Özçivitin bu açıqlaması sosial mediada gündəm olub.

Bu açıqlamadan sonra bəzi sosial şəbəkə istifadəçiləri məşhuru tənqid edərək, “150 milyona ev alırsan, amma bərbərə 500 lirə vermirsən”, “Pulu çox sevmə”, “150 milyona 30 mənzil almısan, xəsislikdən başqa bir şey deyil” yazıb. Bununla belə, bəzi istifadəçilər Özçivitin yanaşmasını qənaət və vərdiş kimi qiymətləndirib: “Mən özüm də bunu etməyə çalışıram, biz hələ başlanğıcdayıq”, “Beləcə varlanırlar”.