“2:0 önə keçəndə bizdə arxayınlaşma olur” - Video

20-one-kecende-bizde-arxayinlasma-olur
Oxunma sayı: 347

“İlk növbədə, müdafiədə diqqətli olmalıydıq. O biri komanda da geri dönüş etdi. Yenə də biz başımızı aşağı salmalı deyilik. Azarkeşə olan borcumuzu geri qaytarmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” Minskə 2:4 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli yarımmüdafiəçi məğlubiyyətin səbəbini arxayınlaşmaqda görüb:

“Məncə, biz 2:0-dan sonra çox rahat olduq, gözlədik ki, oyun rahat gedəcək. Bunun nəticəsində də belə oldu”.