“20 Yanvar”dakı bu yerdə də maşından rahat düşüb-minəcəksiniz - Foto

20-yanvardaki-bu-yerde-de-masindan-rahat-dusub-mineceksiniz
Oxunma sayı: 480

Bakıda daha bir ərazidə fərdi avtomobillərə minib-düşmək üçün xüsusi dayanacaq yaradılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, artıq metronun “20 Yanvar” stansiyası yaxınlığında, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin binasının yanında sərnişinlərin avtomobilə minməsi və düşməsi üçün yol nişanı quraşdırılıb.

Xatırladaq ki, daha əvvəl sözügedən ərazidə durmaq qadağan idi və bu səbəbdən sürücülər cərimələnirdilər, sərnişinlər isə müvafiq ünvanda maşına minib-düşməkdə çətinlik çəkirdilər.