Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Cavad Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb. Adıçəkilən şəxsə tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin ehtimala görə, C.Əliyev döyülüb, daha sonra kəsici-deşici alətlə ona xəsarət yetirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Polis əməkdaşları tərəfindən aparılan ilkin araşdıramalar zamanı ruhi əsəb dispanserində qeydiyyatda olan Cavid Əliyevin özünə xəsarət yetirməsi müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər