“2017 kimi olacaq” demişdi... - Video

2017-kimi-olacaq-demisdi
Oxunma sayı: 3234

Türkiyəli idman jurnalisti UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” - “Çelsi” qarşılaşmasının nəticəsi ilə bağlı Bakıda azarkeşlərin təxminlərini soruşub.

 “Qafqazinfo” xəbər verir ki, rəqib komandanın azarkeşi suala 2017-ci ildəki nəticənin bənzəri olacaq deyə cavab verib.

Dünən baş tutan matçın yekun nəticəsi ilə “Çelsi” azarkeşinin üst-üstə düşməyən cavabı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 2017–2018 UEFA Çempionlar Liqası mövsümündə “Qarabağ” və “Çelsi” iki dəfə üz-üzə gəlib. Londonda baş tutan ilk oyundan “Qarabağ” 6:0, Bakıda isə 0:4 hesabı ilə məğlub ayrılıb.

Dünənki matçda isə Azərbaycan təmsilçisi İngiltərə nəhəngi ilə 2:2 hesablı heç-heçə edib.