Dünən saat 15:00 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törətməkdə şübhəli olan ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər