26 yaşlı oğlan iş yerində öldü

26-yasli-oglan-is-yerinde-oldu
Oxunma sayı: 634

Bakıda gənc oğlan işlədiyi yerdə ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki daş karxanalarından birində baş verib.

Yardımlı rayon sakini 2000-ci il təvəllüdlü Samir Adixan oğlu Abbasov işlədiyi yerdə qəfil vəfat edib.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Araşdırma aparılır.