27 il əvvəl onların oyunçusu idi, bu gün “Qarabağ”ı çalışdırır - Foto

27-il-evvel-onlarin-oyuncusu-idi-bu-gun-qarabagi-calisdirir
Oxunma sayı: 2075

Rusiyanın “Baltika” klubu sosial şəbəkə hesablarında keçmiş futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovu UEFA Çempionlar Liqasındakı tarixi uğuru münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Kalininqrad təmsilçisi Ağdam klubunun pley-offa yüksəlməsini xüsusi paylaşımla qeyd edib.

“Dünən axşam Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bunun bizim klubla nə əlaqəsi var? Çünki Ağdam komandasına keçmiş “Baltika” oyunçusu məşqçilik edir!”, – deyə klubun rəsmi paylaşımında bildirilib.

Qeyd edək ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın heyətində 14 matçda meydana çıxıb və 1 qol vurub.

Xatırladaq ki, “Qarabağ”ın pley-off mərhələsindəki ilk oyunu fevralın 17-i və ya 18-də baş tutacaq.