“27 ildir o sənədləri təqdim etmirlər”

27-ildir-o-senedleri-teqdim-etmirler
Oxunma sayı: 963

“27 il keçməsinə baxmayaraq, bələdiyyələrin xəritələri hələ də verilməyib.” 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin payız sessiyasında keçirilən ilk iclasında bildirib.

“Bildiyiniz kimi, Prezident tərəfindən böyük bir müşavirə keçirildi. Bildirildi ki, qeyri-neft sektorundan başqa, dağ-mədən, sənaye sahələrinin istismarı nəzərdə tutulub. Onlar da bələdiyyələrin ərazilərinə düşür. 

Nazirlər Kabineti qarşısında dəfələrlə məsələ qaldırmışıq, lakin 27 ildir hələ də bələdiyyələrin mükliyyətinin xəritələri təqdim olunmayıb”, - deputat qeyd edib.

Nuranə Daxilqızı