Bakıda keçirilən “Son zəng” tədbirlərindən birində məzunlar bu günü fərqli aksiya ilə yaddaqalan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət paylaşıb.
Məktəb rəhbərinin sözlərinə görə, təhsil müəssisəsi bu il “Son zəng” günü kreativliyi ilə seçilərək ilkə imza atıb.
Belə ki, məktəbdə “1 məzun - 1 kitab” aksiyası keçirilib və hər bir məzun əlində bir bədii kitabla məktəb həyətinə daxil olub.
A. Həsrət bu təşəbbüsün gənc nəsil üçün əhəmiyyətini vurğulayaraq məzunlara təşəkkür edib:
“1 məzun - 1 kitab” şagirdlərimizin örnək addımıdır. Mütaliə ilə məşğul olmaq, savadlı olmaq həm sağlam gənc nəslin yetişməsinə, həm də dövlətimizə yararlı əsl Azərbaycan vətəndaşı formalaşmasına xidmət edir. Məzun gününüz mübarək olsun. Kitab hədiyyələrinizə görə hər birinizə təşəkkür edirik”.








Son xəbərlər
Son Xəbərlər