Quba rayonu, Bəhrəli kəndində azyaşlının əli mətbəx çanağının süzgəcində sıxılı vəziyətdə qalıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ilə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən 2023-cü il təvəlüdlü azyaşlının əlinin təhlükəsiz qaydada çıxarılması təmin edilib.
Son xəbərlər
Son Xəbərlər