“Dünya Bankının dəstəyi ilə daha 30 min şəxs özünüməşğulluğa cəlb ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Güc biznesindir” devizi ilə təşkil olunan “Dayaq” mükafatının təqdim olunması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, özünüməşğulluq proqramına bu ilin 11 ayı ərzində Nazirlik tərəfindən 16,5 min nəfər cəlb olunub: “Onlardan 8,7 min nəfəri kənd təsərrüfatı, 7,8 min nəfəri isə istehsal-xidmət istiqaməti üzrə proqrama müraciət edib.
Proqramın əsas məqsədi ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, habelə ölkədə işsizlik səviyyəsinin azaldılmasıdır.
Eyni zamanda, Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” özünüməşğulluq proqramının genişləndirilməsində və əhalinin sosial rifahının yüksəldilməsində mühüm əhəmiyyətə malikdir. Ötən dövr ərzində Layihə uğurla icra edilmiş, 26 min nəfər aktivlərlə təmin edilmişdir. 2026-2029-cu illəri əhatə edəcək Layihənin 2-ci fazası üzrə isə daha 30 min benefisiara dəstək göstəriləcəkdir”, - nazir diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər