Goranboyda bıçaqlanma ilə nəticələnən dava düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli bud nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən əmisi oğlu, 24 yaşlı Kamil Mürsəlli saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər