32 yaşlı qadın idmançı bu hərəkəti ilə rekord qırdı

32-yasli-qadin-idmanci-bu-hereketi-ile-rekord-qirdi
Oxunma sayı: 4721

32 yaşlı avstraliyalı idmançı Jade Henderson on ilə yaxındır davam edən rekordu qıraraq Ginnesin rekordlar kitabına düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bir saat ərzində “turnik”də 733 çəkmə hərəkəti həyata keçirərək, avstraliyalı Eva Klarkın 2016-cı ildə müəyyən etdiyi 725 rekordunu geridə qoyub.

Yeni dünya rekorduna nail olmaq üçün Henderson dəqiqədə orta hesabla 12-dən çox çəkmə edib.

“Mən həmişə heç kimin əvvəllər etmədiyi bir şeyi etmək fikrini sevmişəm. Ağlım və bədənimin nəyə qadir olduğunu görmək istəyirdim”, - deyə o bildirib.