Dünya şöhrətli pop ulduzu Şakira bu gün Qırğızıstanın paytaxtı Bişkekdə geniş konsert proqramı ilə çıxış edəcək.
“Qafqazinfo” xəbər verir ki, şou üçün 33 ölkədən pərəstişkarın Bişkekə gəlişi gözlənilir.
Xarici qonaqlar arasında ən böyük pay Qazaxıstan, Rusiya və Özbəkistandan olan fanatların payına düşür.
“Bishkek Arena”dakı bu çıxış yeni idman-konsert kompleksində təşkil olunan ikinci böyük beynəlxalq musiqi tədbiridir.
Son xəbərlər
Son Xəbərlər