33 yaşlı kişiyə şüşə ilə xəsarət yetirildi

33-yasli-kisiye-suse-ile-xesaret-yetirildi
Oxunma sayı: 668

Ağsu sakini ağır xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, gecə saatlarında 33 yaşlı Ağamir Əkbərliyə şüşə qırıntısı ilə xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Murad Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.