34 yaşlı əlil qadın itkin düşüb - Foto

34-yasli-elil-qadin-itkin-dusub
Oxunma sayı: 1636

Cəlilabadda 34 yaşlı ikinci qrup əlil itkin düşüb.

Bu barədə “Qafqazinfo”ya onun anası Zərifə Xəlilova məlumat verib. Qadının sözlərinə görə, Xəlilova Xəyalə Ramiz qızı əsgəri ziyarət etmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb:

“Küçənin başında köhnə xəstəxana var. Adı belə gedir. Oraya əsgər yerləşdiriləcəkdi. Dedi, baş çəkib gələcəm. Hava qaralana kimi gözlədik, gəlmədi. Sonra tez polisə qaçdım. Nə qədər axtardıq, bir xəbər çıxmadı”.

Ananın sözlərinə görə, 1982 təvəllüdlü Xəyalə ikinci qrup əlildir, avtomobil qəzası keçirdiyi üçün bir qolu işləmir. Ancaq əqli hər hansı bir problemi olmayıb. Hər yeri yaxşı tanıyıb, əvvəllər də küçələrə çıxıb, gəzib. İndiyə kimi belə bir problem yaşanmayıb.

Xəyalə evdən çıxan zaman əynində kül rəngində köynək və şalvar, başında isə qırmızı papaq olub.

Xəyalə Xəlilovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" xidmətinə və yaxud aşağıdakı mobil telefon nömrəsinə zəng etmələri xahiş olunur:

Tel.: (051)-348-95-66

Günel Hacı