34 yaşlı qadın siçan dərmanından zəhərləndi

34-yasli-qadin-sican-dermanindan-zeherlendi
Oxunma sayı: 2720

Şəkidə 34 yaşlı qadın siçan dərmanından zəhərlənib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonunun Çayqaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini Şəbnəm Kamal qızı Məmmədova kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı qadının siçan dərmanı içərək zəhərləndiyi məlum olub.

Hazırda Ş. Məmmədovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.