35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

35-yasli-futbolcu-oyun-zamani-infarkt-kecirdi
Oxunma sayı: 693

Türkiyədə keçirilən futbol qarşılaşmasında həyəcanlı anlar yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkarlığa Keçid Liqasının 7-ci qrupunda II turun oyunları çərçivəsində “Arıt Kayadıbispor” və “Gençlik Mimar Sinan Spor” komandaları Bartın Atatürk stadionunda qarşılaşıblar.

“Arıt Kayadıbispor”un 1:0 hesabı ilə öndə olduğu matçın 90+3-cü dəqiqəsində “Gençlik Mimar Sinan Spor”un 35 yaşlı futbolçusu Akın Karaaslan qəfil özünü pis hiss edərək yerə yıxılıb.

Meydanda infarkt keçirdiyi bəlli olan təcrübəli futbolçu dərhal xəstəxanaya çatdırılaraq angioqrafiya olunub.