39 yaşlı müəllim əməliyyatdan sonra vəfat etdi

39-yasli-muellim-emeliyyatdan-sonra-vefat-etdi
Oxunma sayı: 14908

Bakıda ibtidai sinif müəllimi qəfil dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyevanın halı qəfil pisləşib.

Məlumata görə, o, səhhətində yaranan problemlə əlaqədar bu gün Bakıda Kliniki Tibbi Mərkəzdə (Semaşko) əməliyyat olunub. Qadın müəllim əməliyyatdan sonra vəfat edib.

Yunis Quliyev