4 ildən sonra qatıldığı tədbirdəki geyim tərzi ilə gündəm oldu - Video

4-ilden-sonra-qatildigi-tedbirdeki-geyim-terzi-ile-gundem-oldu
Oxunma sayı: 626

Xəbər verdiyimiz kimi, ötən axşam 68-ci “Qremmi” mükafatlandırma mərasimi keçirilib.

“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, dünyaca məşhur müğənni Castin Biber 4 ildən sonra yenidən həmin mərasimdə iştirak edib.

Müğənni səhnədə hit mahnısı “YUKON”u ifa edib. Diqqətçəkən məqam isə Castinin səhnəyə şort və corabla çıxaraq gitarada ifa etməsi olub.

Həyat yoldaşı, model Heyli Biber də onu alqışlayan tamaşaçılar arasında yer alıb.