“Bizim ölkəmizdə 80 000 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu da ümumi siniflərin 1%-ni təşkil etmir: “Ümumilikdə bu siniflərdə təxminən 24-dən bir az çox şagird təhsil alır ki, bu da bu şagirdlərin 1.5%-dir. Yəni bizim 99% siniflərimizdə şagird sayı 40-dan azdır. Bu o deməkdir ki, bizim şagirdlərimizin 98.5%-i 40-dan daha az olan siniflərdə təhsil alır”.
Nazirin sözlərinə görə, bu, Azərbaycan təhsilinin ən böyük problemi deyil: “Çünki 99% uşaq 40-dan az olan siniflərdə təhsil alır. 1% belə problemlər var, onu yerində həll etmək istəyirik”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər