Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə oyunda qırmızı vərəqə alıb.
“Qafqazinfo” xəbər verir ki, matçın 61-ci dəqiqəsində 40 yaşlı portuqaliyalı digər komandanın müdafiəçisi Dara O'Şiyə dirsək vurub.
Qeyd edək ki, qarşılaşma İrlandiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dörd turdan sonra İrlandiya millisinin dörd xalı var və turnir cədvəlində F qrupunda üçüncü yerdədir. Portuqaliya yığması 10 xalla birinci yerdə qərarlaşıb.
Həmin anın görüntülərini təqdim edirik:

Son xəbərlər
Son Xəbərlər