Bakıda bir nəfər kişi kanalizasiya quyusuna yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Rövşən Feyruz oğlu Nəbiyev dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R.Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər