43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü

43-yasli-kisi-tecili-yardim-merkezinin-heyetinde-oldu
Oxunma sayı: 983

Bakıda 43 yaşlı kişi qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 1-i saat 08 radələrində Hövsan qəsəbəsindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həyətində baş verib.

Vəfat edən şəxs Saatlı rayon sakini, 1983-cü il təvəllüdlü Ravin Daxil oğlu Nərimanovdur.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.