44 günlük Müharibə qəhrəmanı 44 yaşında

44-gunluk-muharibe-qehremani-44-yasinda
Oxunma sayı: 7642

Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Babək Qurbanovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, general 44 yaşını tamamlayır.

B.Qurbanov uzun illər sonra doğum gününü mülki zabit kimi qeyd edir.

44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətə görə Babək Qurbanov çoxsaylı orden və medallarla təltif olunub, həmçinin Azərbaycanın ən ali hərbi təltiflərindən biri olan “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Prezidentin Sərəncamları ilə əvvəlcə general-mayor, daha sonra general-leytenant ali hərbi rütbəsi verilib. Babək Qurbanov bu ilin fevralına kimi Dövlət Sərhəd Xidmətinin (DSX) Mərkəzi Aparatının rəisi işləyib. Xəstəliyi ilə bağlı xidmətdən ayrılan general sonradan DSX rəisi general-polkovnik Elçin Quliyevin mülki köməkçisi təyin edilib.