45 min tamaşaçı qarşısında oğulları ilə birgə oxudu - Video

45-min-tamasaci-qarsisinda-ogullari-ile-birge-oxudu
Oxunma sayı: 1063

Məşhur müğənni Şakira “Las Mujeres Ya No Lloran” adlı dünya turu çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayresdə səhnəyə çıxıb.

“Qafqazinfo” “Parade” nəşrinə istinadən xəbər verir ki, konsertin ən maraqlı anlarından biri onun “Acróstico” adlı mahnısını 45 min tamaşaçı qarşısında oğulları - 12 yaşlı Milan və 10 yaşlı Saşa ilə birgə ifa etməsi olub.

Emosional anlarla yadda qalan, fanatları tərəfindən böyük sevgi ilə qarşılanan bu ifa sosial mediada viral olub.

“Buenos-Ayres, bizimlə əbədi qalacaq bu ana görə təşəkkür edirəm! Uşaqlarımla birgə mahnı ifa etmək və onların içlərində daşıdıqları musiqini təqdim etdiklərini görmək, eyni zamanda ailələrin də oxuyub qucaqlaşdıqlarını müşahidə etmək ecazkar idi!”, - deyə Şakira instaqram hesabında yazıb.

Həmin görüntüləri təqdim edirik: