49 yaşlı kişi bıçaqlandı - Qonşusu şübhəlidir

49-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 658

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1977-ci il təvəllüdlü şəhər sakini Ramil Cəfərov bıçaqlanıb.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev